2015-ci ildə Azərbaycanda 6266 yeni hüquqi şəxs qeydiyyatdan keçib
2015-ci ildə ölkədə 6266 hüquqi şəxs (onların nümayəndəlik və filialları) yaradılıb.
1news.az Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yeni hüquqi şəxslərin (onların nümayəndəlik və filialları) 53,8 faizi Bakıda, 11,9 faizi Aran, 10,8 faizi Lənkəran, 8,1 faizi Abşeron, 5,4 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
2015-ci ildə ölkənin vergi orqanlarında 70974 fiziki şəxs qeydiyyatdan keçmişdir. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.
1news.az
717