Bakıda donuz cəsədləri aşkar edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda donuz cəsədləri aşkar edilib - FOTO

18:20 - 18 / 01 / 2016
Bakıda donuz cəsədləri aşkar edilib - FOTO

Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) daxil olan məlumata görə, Binə Məişət Tullantıları Poliqonuna və ona yaxın əraziyə çoxlu sayda donuz cəsədləri atıldığı bildirilib.

DBNX-nın mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, bu məlumata istinad edən DBNX və Bakı Şəhər Baytarlıq İdarəsinin mütəxəssisləri əraziyə baxış keçirib: “Nəticədə məlum olub ki, cəsədlərin böyük əksəriyyəti bir müddət əvvəl əraziyə atılmış donuzlardır. Artıq həmin cəsədlərdə çürümə prosesi gedir. Özbaşına əraziyə atılmış donuz cəsədləri baytarlıq mütəxəssislərinin nəzarəti altında xüsusi texnikanın köməyi ilə toplanaraq Binə Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilmiş və ərazi dezinfeksiya edilib”.

“DBNX və Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları yaxınlıqda olan donuzçuluq təsərrüfatlarında sorğu keçirib və bildirilib ki, hələlik donuzlar arasında xəstəlik və tələfat hallarına rast gəlinmir. Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev heyvanlarında, eləcə də donuzlarda özbaşına müalicə və profilaktika tədbirlərı aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq, tələfat halları olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə məlumat verilsin, bütün müalicə və profilaktika, eləcə də zərərsizləşdirilmə tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın. Tələf olmuş heyvanların kənar yerlərə atılmasına yol verilməsin”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada heyvanlar arasında iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və sabitliyə tam nəzarət olunur.

1news.az

Paylaş:
678

Son xəbərlər

31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50
Bütün xəbərlər