Azyaşlı Salyan sakini su kanalında boğuldu
Salyanda azyaşlı su kanalında boğulub.
1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Belə ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Şirin Su kanalının Qaraçala kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Emil Əvəzağa oğlu Dadaşlının suda batması haqqında məlumat daxil olub. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq E.Dadaşlının cəsədinı batdığı yerdən 500 metr aralıdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
1news.az
531