Alabaşlı-Şəmkir mənzilində 8,6 km yolun əsaslı təmir işlərinə başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Alabaşlı-Şəmkir mənzilində 8,6 km yolun əsaslı təmir işlərinə başlanılıb

09:58 - 18 / 01 / 2016
Alabaşlı-Şəmkir mənzilində 8,6 km yolun əsaslı təmir işlərinə başlanılıb

Bu gündən etibarən Alabaşlı-Şəmkir mənzilində 8,6 km yolun əsaslı təmir işlərinə başlanılır. Təmir işləri bir həftə davam edəcək.

Bu haqda 1news.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, əsaslı təmir işlərinin yeni yaradılmış 11 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 40  km dəmir yolu əsaslı təmir olunub.

1news.az

Paylaş:
851

Son xəbərlər

Bütün xəbərlər