Dövlət sərhədini pozan 48 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət sərhədini pozan 48 nəfər saxlanılıb

10:30 - 18 / 01 / 2016
Dövlət sərhədini pozan 48 nəfər saxlanılıb

2015-ci ilin dekabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 48 nəfər saxla­nılıb.

 

1news.az-ın Dövlət Sərhəd Xidmətinə istinadən verdiyi xəbərə görə, onların 21 nəfəri Azərbaycan Respublikası, 13 nəfəri Banqla­deş, 5 nəfəri Özbəkistan, 4 nəfəri İran İslam Respublikası, hər ölkədən bir nəfər olmaqla Rusiya Federasiyası, Qırğızıstan, Pakistan, Tacikistan, Moldova vətəndaşları olub.

 

Sərhəd rejim qaydalarını pozduqlarına görə Xəzər dənizində 5 halda 5 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

 

Bundan başqa cinayətkarlğa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 399 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

 

1news.az

Paylaş:
772

Son xəbərlər

Bütün xəbərlər