Mədət Quliyev: “Rayonlardakı etiraz aksiyaları manatın devalvasiyası ilə bağlı deyildi” | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədət Quliyev: “Rayonlardakı etiraz aksiyaları manatın devalvasiyası ilə bağlı deyildi”

16:37 - 19 / 01 / 2016
Mədət Quliyev: “Rayonlardakı etiraz aksiyaları manatın devalvasiyası ilə bağlı deyildi”

“Bəzi rayonlarda baş verən etiraz aksiyaları manatın devalvasiyası ilə bağlı deyildi”.

1news.az-ın “Report”-a istinadən verdiyi xəbərə görə bunu bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

“Sadəcə, işləmək istəməyən insanlar belə bir cəhd edirlər. Deyirlər, bankdan pul götürmüşük, bu pullar silinsin. Bu məsələləri dövlət başçısına məruzə etdik”- deyə, M.Quliyev əlavə edib.

Bütün dünyada, o cümlədən, neft ölkələrində böhranın baş verdiyini deyən Xidmət rəisi bildirib ki, Azərbaycanda bu vəziyyətin aradan qaldırılması üçün analoqu olmayan addımlar atılır:

“Baxın, ölkədə unun qiyməti aşağı salındı, digər ərzaqların da qiymətləri nəzarətdə saxlanılır. Milli valyutamızın dəyərini qoruyub-saxlamağa çalışırıq. Hər şey Prezident İlham Əliyevin nəzarətindədir”.

M.Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı da danışaraq qurumun əməkdaşlarının sayının 30 faiz azaldıldığını diqqətə çatdırıb:

“Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılanda qarşımıza tələb qoyuldu ki, hər iki qurum müasir tələblərə cavab verməlidir. Bizə bir ay vaxt verilmişdi. Bu müddət ərzində gördüyümüz işlərlə bağlı dövlət başçısına məlumat verdik. İndi öz səlahiyyətlərimiz çərçivəsində fəaliyyətimizi davam etdiririk.

Əməkdaşların sayını 30 faiz azaltmışıq. Planımız odur ki, əməkdaşlarımızın fəaliyyəti daha operativ və çevik olsun. İki qurum arasında işgüzar münasibətlər var. Məlumat mübadiləsi aparırıq. Həmin qurumda da kadrlarla bağlı islahatlar aparılır”.

M.Quliyev DTX-nin şöbələrinin bütün şəhərlərdə olmasına lüzum olmadığını da söyləyib:

“Bəzi şəhərlərdən kuratorluq əsasında məlumatlar toplayacağıq. Sərhədyanı rayonlarda daha güclü iş aparacağıq”.

1news.az

Paylaş:
780

Son xəbərlər

Yağış, duman, külək - Baza gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39
Bütün xəbərlər