Azərbaycanda ət və süd istehsalı artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda ət və süd istehsalı artıb

20:53 - 19 / 01 / 2016
Azərbaycanda ət və süd istehsalı artıb

2015-ci ildə qarğıdalı da daxil olmaqla 2999,0 min ton taxıl, 839,8 min ton kartof istehsal olunub.

1news.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı məlumatında qeyd olunub.

Məlumata görə, hesabat dövründə 1273,3 min ton tərəvəz, 35,0 min ton pambıq, 886,3 min ton meyvə və giləmeyvə, 484,5 min ton bostan məhsulları, 157,0 min ton üzüm, 186,1 min ton şəkər çuğunduru, 18,9 min ton dən üçün günəbaxan, 3,5 min ton tütün, 578,9 ton yaşıl çay yarpağı toplanıb, diri çəkidə 515,6 min ton ət, 1924,4 min ton süd, 1538,6 milyon ədəd yumurta və 17,0 min ton yun istehsal olunub.

2014-cü illə müqayisədə ət istehsalı 2,0 faiz, süd istehsalı 3,7 faiz, yun istehsalı 1,4 faiz artıb, yumurta istehsalı isə 1,5 faiz azalıb. 

İlkin məlumatlara görə, 2016-cı il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 2708,5 min baş iribuynuzlu mal-qara, o cümlədən 1303,1 min baş inək və camış, 8674,8 min baş qoyun və keçi mövcud olub.

2015-ci il yanvarın 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 11,0 min baş (0,4 faiz), o cümlədən inək və camışların sayı 3,9 min baş (0,3 faiz), qoyun və keçilərin sayı 29,4 min baş (0,3 faiz) artıb. 

Bu dövrdə bitkiçilik məhsulları istehsalının 11,3 faiz, heyvandarlıq məhsulları istehsalının 2,5 faiz artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki illə müqayisədə 6,6 faiz təşkil edib. 

2016-cı ilin məhsulu üçün 1044,6 min hektar sahədə şum qaldırılıb, 927,4 min hektar sahəyə dən üçün taxıl, o cümlədən 583 min hektar sahəyə buğda, 344,4 min hektar sahəyə isə arpa səpilib.

1news.az

 

Paylaş:
2088

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər