Neftin qiyməti bahalaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neftin qiyməti bahalaşıb

09:44 - 19 / 01 / 2016
Neftin qiyməti bahalaşıb

İrana qarşı sanksiyaların ləğvindən sonra çərşənbə axşamı neftin qiymətində artım müşahidə olunur.

Belə ki, Brent markalı neftin bir bareli 0,85% bahalaşaraq 28,98 dollara çatıb.  WTI markalı neft isə 0,07% bahalaşaraq 30,41 dollara yüksəlib.

Lakin “qara qızıl”a olan müqavimət artmaqda davam edir. Belə ki, neft bazarlarına İran neftinin qayıtması sərmayədarlarda narahatlıq yaradıb.

Qeyd edək ki, şənbə günü, yanvarın 16-da nüvə potensialını aşağı salımaqla bağlı İran hökumətinin hazırlığından sonra ölkəyə qarşı irəli sürülmüş sanksiyalardan bir çoxu ləğv olunub.

Hazırda bazar iştirakçıları bu addımdan sonra İranın gün ərzində 500 barel neft istehsal edərək “qara qızıl”a olan ehtiyatının artırmasından narahatdırlar.

РИА Новости

Paylaş:
828

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05
Bütün xəbərlər