Planetin ən yaşlı kişisi dünyasını dəyişdi
Dünyanın ən yaşlı kişisi Yasutaro Koyde Yaponiyanın Naqoya şəhərindəki xəstəxanada 112 yaşında vəfat edib.
1news.az xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyindən bildiriblər.
“Kiodo” agentliyinin məlumatına görə, Y.Koyde 1903-cü il martın 13-də Fukui prefekturasında anadan olub. Xəstəxanaya isə ürəyindəki xroniki xəstəliyə görə yerləşdirilmişdi.
Hazırda Yaponiyanın ən yaşlı kişisi paytaxt Tokioda yaşayan 111 yaşlı Masamiçu Esida hesab edilir.
1news.az
781