20 Yanvar faciəsi ilə bağlı sosial şəbəkələrdə təbliğat kampaniyasına start verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

20 Yanvar faciəsi ilə bağlı sosial şəbəkələrdə təbliğat kampaniyasına start verilib

22:09 - 19 / 01 / 2016
20 Yanvar faciəsi ilə bağlı sosial şəbəkələrdə təbliğat kampaniyasına start verilib

20 Yanvar hadisələrinin 26-cı ildönümü ilə əlaqədar olaraq sosial şəbəkələrdə xüsusi aksiyaya start verilib.

1news.az-ın məlumatına görə, qətlə yetirilən günahsiz insanların əziz xatirəsinə ehtiram əlaməti olaraq UBM Group tərəfindən reallaşdırılan bu layihə korporativ sosial məsuliyyət proqramı çərçivəsində, tarixi həqiqətlərin dünyaya çatdırılmasına öz töhfəsini vermək məqsədilə həyata keçirilir.

Facebook, Twitter, Instagram və YouTube kimi sosial şəbəkələrdə “Remember victims of 20 January” (“20 Yanvar şəhidlərini unutma!”) adlı səhifə yaradaraq, fəal təbliğat kampaniyasına start verilib.

Bunun üçün şirkət tərəfindən xüsusi hazırlanmış posterlər, rəsm əsərləri və video kadrlar həmin səhifədə yerləşdirilib. Bu təbliğat metarialları 5 dildə - İngilis, Fransız, Alman, Rus və Azərbaycan dillərində hazırlanıb.

“Hər bir həmvətənimizi bu işdə fəal iştirak etməyə dəvət edirik. Gəlin tariximizi unutmayaq, undulmasına da imkan verməyək. Xalqımızın qan yaddaşına yazılmış 20 Yanvar hadisələrini daha yüksək səslə bütün dünyaya car çəkək.

Həm ölkəmizdə, həm də dünyanın hər bir regionunda yaşayan soydaşlarımızı bizim paylaşdığımız təbliğat materiallarından istifadə etməklə, sosial şəbəkələrdə, mediada və səsimizin duyulduğu hər bir ölkədə təbliğatı gücləndirməyə dəvət edirik”- deyə, UBM Group-dan bildiriblər.

Qeyd edək ki, UBM Group-un sözügedən layihəsi ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:

https://www.facebook.com/Remember-victims-of-20-January-1674115446181140/

https://www.instagram.com/remember_victims_of_20_january/

https://twitter.com/20_January_

https://www.facebook.com/Remember-victims-of-20-January-1674115446181140/

https://www.youtube.com/channel/UCwKa3w-dYd9s3XTWn0TOO3w

Məlumat üçün bildirək ki, UBM Group Azərbaycanda olduğu kimi, onun sərhədlərindən kənarda da UBM Group layihələrin idarə edilməsi, kommunikasiya xidmətlərinin göstərilməsi, marketinq, dizayn, layihə menecmenti, imicin formalaşdırılması, tədbirlərin təşkili, media ilə iş, bütün növ reklamlar, merçendayzinq, veb-səhifələrin və sosial şəbəkələrin yaradılması, idarə edilməsi, monitorinqi və təhlili sahəsində uğurla fəaliyyət göstərir.

Ölkədə ən böyük imkanlar bazaya malik olmaqla, UBM Group qarşıya qoyulan tapşırığın qısa müddətdə və ən yüksək səviyyədə, optimal, dəqiq və səmərəli yerinə yetirilməsini təmin edir. Bakı 2015, Birinci Avropa Oyunlarının tərəfdaşı və bir sıra xidmətlərin göstərilməsində Oyunların ekslüziv təchizatçısı olan UBM Group haqqında daha ətraflı www.ubmg.az veb səhifəsindən əldə etmək olar.

1news.az

 

Paylaş:
856

Son xəbərlər

DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24
Bütün xəbərlər