Azərbaycana narkotik maddə keçirmək istəyən dəstə üzvləri saxlanılıblar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana narkotik maddə keçirmək istəyən dəstə üzvləri saxlanılıblar – FOTO

10:17 - 19 / 01 / 2016
Azərbaycana narkotik maddə keçirmək istəyən dəstə üzvləri saxlanılıblar – FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları növbəti dəfə külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısını alıblar.

 

1news.az-ın DSX-nın mətbuat mərkəzinə istinadən verdiyi xəbərə görə, yanvarın 16-da gecə saat 01:00 radələrində Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində nəzarətedici vasitələrə baxış keçirən sərhəd naryadı tərəfindən nəzarət iz zolağında sərhəd pozucularına məxsus iz aşkar edilib.

 

Horadiz sərhəd dəstəsinin və sərhəd zastavasının ehtiyyat qüvvələri tərəfindən həyata keçirilən sərhəd axtarışı tədbirləri nəticəsində Füzuli rayon sakinləri Əsədov Səyyad Müzəffər oğlu və Məhərrəmov Vilayət Ziyad oğlu saxlanılıblar.

 

Onların üzərində külli miqdarda narkotik maddə olan 2 kq həşiş, 1 kq 140 qram marixuana, 25 qram heroin və 30 qram tiryək aşkar olunaraq götürülüb.

 

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla cinayət əlaqəsində olan Füzuli rayon sakinləri Məmmədov Elvin Allahverdi oğlu, Əhmədov Eloğlan Seyfi oğlu və Abdullayev Murad Akif oğlu müəyyən­ləşdirilərək saxlanılıblar.

 

1news.az

Paylaş:
655

Son xəbərlər

Bütün xəbərlər