Bank of Baku-nun internet bankçılıq xidməti ilə hesabdan-hesaba pul köçürmələri 50%-dək daha ucuz oldu! | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku-nun internet bankçılıq xidməti ilə hesabdan-hesaba pul köçürmələri 50%-dək daha ucuz oldu!

11:54 - 19 / 01 / 2016
Bank of Baku-nun internet bankçılıq xidməti ilə hesabdan-hesaba pul köçürmələri 50%-dək daha ucuz oldu!

Bank of Baku-dan daha bir YENİLİK: indi müştərilər pul köçürmələrini 50%-dək daha ucuz tariflərlə edə biləcəklər.

1news.az-ın Bankın mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, bu endirimli tariflərdən Bank of Baku-nun internet bankçılıq xidmətindən istifadə edən müştərilər faydalanacaqlar.

Xidmətin təkmilləşdirilməsinin nəticəsi olaraq müştərilərə Bank of Baku-da olan öz şəxsi hesabları arasında və digər şəxslərin hesabına, həmçinin ölkədaxili başqa banklarda aktiv olan öz və ya digər şəxslərin hesabına filiala müraciət etmədən pul köçürmələrini daha sərfəli şərtlərlə etmək imkanı yaradılır.

Belə ki, indi müştərilər vaxtlarına qənaət etməklə yanaşı, eyni zamanda filialdaxili pul köçürməsi üçün tələb olunan məbləğdən 50% daha az ödəməklə əməliyyatı icra edəcəklər. Cari tariflərin müqayisəli şəkildə təsnifatı ilə bu linkdən tanış ola bilərsiniz.

İnternet bankçılıq vasitəsilə həyata keçirilən bu əməliyyat müştərinin Asan İmzası ilə təsdiq olunmalıdır. 

Asan İmza – elektron bank xidmətlərindən günün 24 saatı istənilən an müştərilərə istifadə imkanı verən, müştərinin kimliyini təsdiqləyən mobil identifikasiyadır. Bu mobil elektron imza xidməti ilə müştərilər internet bankçılıq səhifəsinin “tam keçid” rejiminə daxil olmaqla, bank əməliyyatlarını daha rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərlər.

İnternet bankçılıqdan istifadə etməklə isə müştərilər iş yerini və ya evini tərk etmədən günün istənilən saatı birbaşa olaraq internet vasitəsilə öz hesablarına nəzarət edə, həyata keçirdiyi keçmiş əməliyyatlara dair ətraflı məlumat əldə edə, habelə, bir çox müxtəlif elektron xidmətlərdən faydalana bilərlər. Bu elektron xidmətlərə cari hesab, kart, əmanət, kredit hesabı sahiblərinin internet vasitəsilə öz hesabları üzrə aparılan pul dövriyyəsinin izlənməsi, ödəniş tarixçəsinə dair məlumatın əldə olunması, həmçinin yeni ödənişlərin həyata keçirilməsi, kartdan-karta pul köçürülməsi, əmanət məbləğinin artırılması, bankdaxili və xarici pul köçürmələri daxildir.

İnternet bankçılıq xidmətinin pul köçürmə və digər üstünlüklərindən faydalanmaq istəyən müştərilər bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb əməkdaşlıq müqaviləsini imzalamaqla və ya Bank of Baku-nun 145 məlumat mərkəzinə zəng etməklə qoşula bilərlər. Fiziki şəxslər üçün xidmətə qoşulma ödənişsizdir, hüquqi şəxslər isə illik 10 AZN ödəməklə xidmətdən istifadə edə bilərlər.

Paylaş:
882

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər