Milli Azərbaycan Tarixi Muzeyinin məqalələr toplusu çap olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Azərbaycan Tarixi Muzeyinin məqalələr toplusu çap olunub

01:23 - 20 / 01 / 2016
Milli Azərbaycan Tarixi Muzeyinin məqalələr toplusu çap olunub

AMEA Milli Azərbaycan Tarixi Muzeyin illik toplusu olan “Milli Azərbaycan Tarixi Muzeyi – 2015” toplusu işıq üzü görüb.

1news.az-ın məlumatına görə, muzeyin direktoru akademik Nailə Vəlixanlının təsisçisi və baş redaktoru olduğu bu kitab-toplu Muzeyin Elmi Şurasının qərarı ilə nəşr olunub.

Toplu dörd hissədən - “Milli Azərbaycan Tarixi Muzeyi-95”, “Tarix”, “Arxeologiya, numizmatika, epiqrafika” və “Etnoqrafiya” bölmələrindən ibarətdir. Burada Muzey əməkdaşlarının və başqa alimlərin azərbaycan və rus dillərində elmi məqalələri dərc olunub. 470 səhifə həcmində olan topluda 30-dan çox müəllifin məqaləsi yer alıb.

Muzey tərəfindən hər il ənənəvi olaraq nəşr olunan kitab-toplu öz oxucularına qiymətli mənbə, tarix elminə dəyərli tövhə olaraq mühüm əhəmiyyət kəsb edir.

1news.az

 

Paylaş:
609

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər