Keçən il dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb
Dövlət Statistika Komitəsi 2015-ci ildə dövlət büdcəsinə daxil olan vəsaitin həcmini açıqlayıb.
1news.az-ın Komitəyə istinadən verdiyi xəbərə görə, 2015-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 15455,3 milyon manat vəsait daxil olub, büdcədən 15469,2 milyon manat vəsait xərclənib.
Məlumata görə, büdcənin icrasında yaranmış 13,9 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0.03 faizi səviyyəsində olub.
Büdcə xərclərinin 5,8 milyard manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 3,6 milyard manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, 6,1 milyard manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilib.
1news.az
786