“Azərenerji” 250-yə yaxın işçisini ixtisar edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərenerji” 250-yə yaxın işçisini ixtisar edib

15:19 - 20 / 01 / 2016
“Azərenerji” 250-yə yaxın işçisini ixtisar edib

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) kütləvi ixtisarların aparılması ilə bağlı bəzi KİV-də yayılan məlumatlara münasibət bildirib.

1news.az-ın verdiyi xəbərə görə, sözügedən qurumun mətbuat xidmətindən bildiriblər ki, son illər həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində enerji sistemi yenidən qurulub və modernləşdirilib, maddi-texniki baza müasirləşdirilib.

“Bu  zaman yeni və müasir texnika və texnologiyalar tətbiq edilib ki, bu da hər bir işçidən müvafiq biliklər, yüksək peşə hazırlığı tələb edir. Səhmdar cəmiyyətin tabeçiliyində olan müəssisələrdə çalışan, lakin  ixtisas və bilik səviyyəsi bu tələblərə cavab verməyən 250 nəfərədək işçi ilə ötən ilin sonunda başa çatan əmək müqaviləsinin müddəti uzadılmayıb, onların hər birinə, mövcud əmək qanunvericiliyinə əsasən, müvafiq kompensasiya ödənilib.

“Azərenerji” ASC ixtisas və bilik səviyyəsi enerjisistemin müasir texnoloji tələblərinə və idarəetmə prinsiplərinə cavab verən mütəxəssislərin müsabiqə əsasında işə qəbulunu davam etdirir”- deyə, məlumatda qeyd olunub.

1news.az

 

Paylaş:
636

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər