Aleksandr Məhərrəmovu tanışı öldürə bilərdi – FOTO – YENİLƏNİB
Bakı şəhəri, Nərimanov rayonundakı şəxsi mənzilində öldürülən Aleksandr Məhərrəmov və anasının qətli ilə bağlı yeni detallar açıqlanıb.
1news.az-a Nərimanov rayonu Polis İdarəsindən verilən məlumata görə, versiyalardan birinə görə A.Məhərrəmov öz qatilini ( yaxud, qatillərini ) tanıyırdı, cünki özü onlara giriş qapısını açıb.
“Bu versiyalardan yalnız biridir. Qatil (yaxud, qatillər) sürətlə hərəkət edib, ehtimala görə çəkic, lom yaxud mantaj aləti ilə Aleksandrı öldürüb daha sonra içəri otağa keçərək, mərhumun anası Janna Məhərrəmovanı qətlə yetirib.
Qatilin evdən heç nə oğurlamadığı versiyası bu saata kimi təsdiqini tapıb. Gedərkən cani giriş qapısını açarla bağlayıb ( buna görə də onu FHN əməkdaşları açmalı olub)”, - Polis İdarəsində bildirilib.
Qeyd edək ki, öldürülən Aleksandr və Janna Məhərrəmovanın meyidi Nərimanov rayonu 5 saylı xəstəxananın morqundadır. Dostlar və tanışlardan ibarət qrup Aleksand Məhərrəmov və anasının dəfni işləri ilə məşğul olur. Hələ ki yaxın qohumları aşkar etmək mümkün olmayıb. Qrup üzvləri sutka ərzində dəfn, hüzr mərasimi və məzar daşının hazırlanması üçün lazım olan məbləği toplayıb.
1news.az
19.01.2016 14:40
Bakı şəhəri, Nərimanov rayonundakı şəxsi evində Aleksandr Məhərrəmov və anasının öldürülməsi hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
1news.az xəbər verir ki, ilkin məlumatlara görə evdən pul, yaxud zinət əşyası oğurlanmayıb.
Ümumiyyətlə, Məhərrəmovlar ailəsi yüksək imkanlı deyildi.
Ehtimal olunur ki, Aleksandr özü qapını açıb canini ( və ya caniləri) evə buraxıb. Başından ağır yaralar alan Aleksandrın cəsədi qapının yanında tapılıb. Cani (və ya canilər) gedərkən qapını bağlayıb. Buna görə də hüquq-mühafizə orqanları əməkdaşları qapını açmaq üçün xüsusi texnikadan istifadə ediblər.
Nərimanov rayon prokurorluğu hadisə ilə bağlı təhqiqata davam edir.
1news.az
11:21
Üzərində zorakılıq əlamətləri qeydə alınan Aleksandr Məhərrəmovun cəsədi Bakı şəhəri Nərimanov rayonunda aşkarlanıb. Onun “Biznez Dialoq” klubunun rəhbəri və biznes-trener olduğu müəyyən edilib.
1news.az xəbər verir ki, A.Məhərrəmov satış və marketin sahəsində 2005-ci ildən uğurla fəaliyyət göstərirdi.
O, natiq kimi 2011-ci ildən etibarən ( ayda 1-4 dəfə) mütəmadi olaraq auditoriya qarşısında çıxışlar edirdi.
2014-cü ilin sentyabr ayında 1news.az-ın “Uğurun Formulu” bölməsinin qonağı olub.
Qeyd edək ki, Aleksandr və Janna Məhərrəmovların öldürülməsi hadisəsi ilə bağlı AR Cinayət Məcəlləsinin (“Qəsdən iki və ya daha çox şəxsi öldürmə”) maddəsi ilə cinayət işi açılmışdır.
Əldə olunan məlumatlara görə ana və oğul Hacı Məmmədov küçəsi, ev,4, mənzil, 8-də yaşayırdı.
1news.az
10:21
Bakıda mənzildə meyitləri tapılan şəxslərin qətlə yetirildiyi məlum olub.
1news.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Hacı Məmmədov küçəsi, ev,4, mənzil,8 ünvanında ölmüş vəziyyətdə aşkarlanmış şəxslərin ana və oğlu olması müəyyən edilib.
Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə etdirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.
Hadisənin kim tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
1news.az
9:15
Bakıda yerləşən mənzillərdən birində iki nəfərin meyiti aşkar edilib.
1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat veriblər.
Məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşların cəsədini aidiyyəti üzrə təhvil veriblər.
1news.az