Əmək və Sosial Münasibətlər Akademiyası Türkiyə universiteti ilə əməkdaşlıq protokolu imzalayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmək və Sosial Münasibətlər Akademiyası Türkiyə universiteti ilə əməkdaşlıq protokolu imzalayıb

18:28 - 20 / 01 / 2016
Əmək və Sosial Münasibətlər Akademiyası Türkiyə universiteti ilə əməkdaşlıq protokolu imzalayıb

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) Türkiyənin Manisa Cəlal Bayar Dövlət Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Protokola əsasən iki ali təhsil ocağı arasında müəllim və tələbə mübadiləsi, birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bununla əlaqədar Manisa Cəlal Bayar Dövlət Universitetinin rektoru, professor Əhməd Kamal Çələbinin rəhbərliyi ilə bu ali məktəbin bir qrup əməkdaşı akademiyada olub.

Görüşdə akademiyanın rektoru, professor Hüseyn Qaraşov müasir dövrün tələblərinə uyğun, beynəlxalq standartlara cavab verən yüksək səviyyəli kadrların hazırlanmasında xarici universitetlərlə əməkdaşlığın rolundan danışıb. Rektor vurğulayıb ki, bizim əməkdaşlığımız uğurlarımızın artmasını təmin edəcəkdir. Daha sonra H.Qaraşov qonaqlara akademiyanın tarixi, fəaliyyət strategiyası, əsas hədəfləri və tədris sistemi barədə məlumat verib.

Professor Əhməd Kamal Çələbi rəhbərlik etdiyi ali təhsil ocağı haqqında məlumat verib, yerli və xarici universitetlərlə, eyni zamanda, şirkətlərlə əməkdaşlığın yüksək səviyyəli kadrların hazırlanmasındakı rolundan danışıb. Cəlal Bayar Universitetində elektron universitet sistemi tətbiq olunduğunu, beynəlxalq standartlara uyğun, ingilis dilini və kompyuter proqramlarını yüksək səviyyədə mənimsəyən kadrların yetişdirildiyini vurğulayıb.

Sonra iki ali təhsil ocağı arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Sənədi rektorlar - H.Qaraşov və Əhməd Kamal Çələbi imzalayıblar.

Türkiyəli qonaqlar akademiyada aparılan imtahan prosesi, sosial dərnəklərin fəaliyyəti və tədris binaları ilə tanış olublar.

1news.az

Paylaş:
1002

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər