Davosda Dünya İqtisadi Forumu öz işinə başlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Davosda Dünya İqtisadi Forumu öz işinə başlayıb

09:39 - 20 / 01 / 2016
Davosda Dünya İqtisadi Forumu öz işinə başlayıb

“Dördüncü Sənaye İnqilabının Mənimsənilməsi” mövzusunda Davosda 20-23 yanvar tarixlərində keçiriləcək 46-cı Dünya İqtisadi Forumu öz işinə başlayıb.

1news.az-ın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Ümumdünya İqtisadi Forumunun prezidenti Klaus Şvab tədbiri rəsmən açıq elan edib.

"Davos sadəcə konfrans deyil, bu, çox dəyərli bir təcrübədir",  deyə Klaus Şvab bildirib.

Bundan əvvəl 46-cı Dünya İqtisadi Forumunun proqramı açıqlanıb.

Dünya İqtisadi Forumunun saytına istinadən verdiyi xəbərə görə, toplantıya 40-dan çox dövlət və hökumət başçıları, habelə biznes və ictimai sektordan olan 2500 lider qatılacaq.

Dünyadakı mövcud çağırışlar, təhlükəsizlik, iqlim dəyişikliyi, qlobal inkişaf və əmtəə qiymətlərinin yeni normaları gündəlikdə olan mövzular arasında olacaq.

Forumda Böyük Britaniyanın baş naziri Devid Kemeron, Türkiyənin baş naziri Əhməd Davudoğlu, Almaniya prezidenti Yoahim Qauk, Yunanıstanın baş naziri Aleksis Tsipras, İraqın baş naziri Heydər əl Abadi, İsrailin baş naziri Benyamin Netanyahu, Rusiya Federasiyasının baş nazirinin müavini Yuri Trutnev iştirak edəcəklər. ABŞ nümayəndə heyətinə vitse-prezident Cozef Bayden rəhbərlik edəcək.

ABŞ dövlət katibi Con Kerrinin də forumda iştirakı gözlənilir.

1news.az

Paylaş:
920

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər