Mikayıl Cabbarov Dünya Təhsil Forumunda iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov Dünya Təhsil Forumunda iştirak edib

10:41 - 20 / 01 / 2016
Mikayıl Cabbarov Dünya Təhsil Forumunda iştirak edib

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Londonda keçirilən ənənəvi Dünya Təhsil Forumunda iştirak edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, beynəlxalq tədbirdə iştirak edən nazir qeyd edib ki, Dünya Təhsil Forumu hər il təhsil siyasəti ilə məşğul olan mütəxəssisləri, nazirlikləri və onların rəhbərlərini, beynəlxalq təşkilatları və institutları, ali təshil müəssisələrini bir araya gətirən genişmiqyaslı tədbirdir. Bu il 90-dan çox ölkənin təhsil nazirləri forumda iştirak edib. Azərbaycan Respublikasının Təhsil Nazirliyi artıq bu foruma üçüncü dəfədir ki qatılır.

“Forumun ölkəmiz üçün əhəmiyyətini iki əsas istiqamətə bölmək olar. Birinci istiqamət ondan ibarətdir ki, bir çox dövlətlərin və cəmiyyətlərin təhsil siteminin qarşısında duran vəzifələr oxşardır və bunlara bələd olmaq, bu müzakirələrdə iştirak etmək, həmin uğurlu təcrübələrin ökəmizə tətbiqi potensialını dəyərləndirmək Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. İkinci istiqamət isə Azərbaycanın təhsil sahəsində əldə etdiyi nailiyyətləri forumda bölüşmək və dünyanın təhsil ictimaiyyətinə çatdırmaq böyük bir nailiyyət kimi qiymətləndirilə bilər”, - deyə M.Cabbarov bildirib.

“Bildiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq bu istiqamətdə sistemli işlər həyata keçirilir”,- Təhsil naziri söyləyib.

M.Cabbarov qeyd edib ki, forumun sessiyasında ölkəmizdə təhsil sahəsində görülən işlər barədə məlumat verib. Azərbaycanın təhsil sahəsindəki təcrübəsi, xüsusilə son illərdə dövlətimizin başçısının təşəbbüsü ilə müəllimlərin iş fəaliyyətinin və şəraitinin təkmilləşdirilməsi, bu istiqamətdə görülən işlər sessiya iştirakçılarında böyük maraq doğurub.

1news.az

Paylaş:
659

Son xəbərlər

DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24
Bütün xəbərlər