Nazir 4 rayonun sakinləri ilə görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir 4 rayonun sakinləri ilə görüşəcək

13:34 - 21 / 01 / 2016
Nazir 4 rayonun sakinləri ilə görüşəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov yanvarın 29-da Saatlı şəhərində yerləşən Gənclər Mərkəzində vətəndaşları qəbul edəcək.

1news.az-ın məlumatına görə, saat 11-da başlayacaq qəbulda Saatlı ilə yanaşı Sabirabad, Hacıqabul və Şirvan rayonlarının sakinləri də iştirak edəcəklər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Sabirabad şəhəri Vidadi küçəsi 3, əlaqə telefonları: 021-23-5-69-25, 050-437-81-66, 055-443-58-86) xahiş olunur.

1news.az

 

Paylaş:
605

Son xəbərlər

Bütün xəbərlər