KÖMƏK ÇAĞIRIŞI: Onun cəmi 23 yaşı var. Hər dəqiqə Yaşarın həyatının sonu ola bilər – FOTO

Onun sadəcə 23 yaşı var. Bir neçə ay öncə Yaşar Kərimli tamamilə sağlam cavan idi. Ailə qurmaq, valideynlərinə ev tikmək kimi arzuları vardı...
Tale isə başqa hökm verdi. Hazırda Yaşar 3 saylı Sabunçu Şəhər Xəstəxanasında yerləşir. Onun vəziyyəti hər dəqiqə pisləşir.
“O, ötən ilin sentyabrında xəstələndi. Onun ailəsi (onlar Ağsuda yaşayırlar) xəstəxanaya müraciət etdi. Lakin Yaşarın ürəyini müayinə edən həkim dərhal onu Kürdəmirdə yerləşən ürəyin exokardioqrammasını verməyə göstəriş verdi. Məlum oldu ki, onun ürəyindəki divarlardan biri genişlənib. Həkimlər dedilər ki, ürəkdə yaranan bu problem – hansısa ciddi xəstəliyin nəticədir”, - oğlanın əmisi Bəhruz Kərimov bildirib.
Yaşarın sağlamlığı ilə nə baş verdiyini Bakıdakı klinikalar da təyin edə bilmədi.
“Biz bir neçə dəfə analiz verdik, ağciyərlərin kompyuter tomoqrafiyasını (KT) etdik, lakin heç bir nəticə əldə edə bilmədik. Yaşar nəfəs almaqda çətinlik çəkirdi, boğulurdu”, - B.Kərimov söyləyir.
Təcili nəsə etmək lazım idi. Dostlar və qohumların vasitəsilə yığılan axırıncı pulları toplayaraq onu İrana, Təbrizə apardıq. KT üzrə təkrar müayinədən sonra məlum oldu ki, Yaşarda – ağciyər arteriyasının tromboemboliyası xəsətliyidir.
“Həkimlər müalicəyə başladı. Biz həkimlərin müayinədən sonra verəcəkləri son nəticələri gözlədik: əməliyyat lazımdırmı, ya yox?” – B.Kərimov bildirib.
Yaşara “Heparin” – qanı durulaşdıran preparat vurdular. Dərman öz nəticəsini verdi, qan laxtası sovruldu. Lakin, xəsətliyin hansı səbəblərdən yaranması həkimlər üçün sirr olaraq qaldı. Deməli, xəstəliyin yenidən yaranma ehtimalı yüksəkdir.
“Yaşara müalicə yazıldı. Ona sərbəst şəkildə hərəkət etməsi qadağan edildi. Belə ki, Yaşarın atdığı hər bir addım çətin fəsadlar törədə bilər. Tezliklə biz Azərbaycana qayıtdıq. 2015-ci ilin dekabrın 30-da Yaşarın vəziyyəti yenidən pisləşdi”, - əmisi sözlərinə davam edir.
Oğlanın ağciyərlərində yenidən laxtalanma əmələ gəldi. Biz Sabunçu xəsətəxanası ilə əlaqə saxladıq, orada bizə bildirdilər ki, Yaşar Kərimlinin vəziyyəti hazırda çox ağırdır.
“Onu hərəkət etdirmək olmaz. Daha doğrusu, nəqliyyat vasitəsilə harasa aparmaq olmaz, əvvəlcə onun vəziyyəti stabilləşməlidir, daha sonra isə təyyarə ilə uça bilər”, - həkimlər bildirdi.
Hazırda Yaşara bahalı dərman ləvazimatları lazımdır. Ən azı, ayda 2 min dollara yaxın dərman preparatları istifadə olunacaq. Onun vəziyyətinin stabilləşməsinin dəqiq vaxtı isə məlum deyil.
“Biz hələ diaqnozu bilmirik. Dua edirik ki, onu diaqnostikaya apara bilək”, - B.Kərimov deyir.
Yaşarın müalicəsi üçün çoxlu pul lazımdır. Lakin pulu heç bir yerdən əldə edə bilmirik. Yeganə ümid yerimiz–yardımsevər insanların köməyidir.
Yaşarın sadəcə 23 yaşı var. Hər dəqiqə onun həyatının sonu ola bilər. Gəlin bu cür insanların bədbəxtliklərinə biganə qalmayaq.
Bu məqaləni oxuyan hər bir kəs sadəcə bir neçə manat verə bilərsə, bəlkə də Yaşarı xilas etmək mümkün olacaq. Pul köçürmək üçün MilliÖN terminallarından da istifadə etmək olar. Bunun üçün əvvəlcə terminalın “Banklar”, daha sonra isə – AG BANK ASC funksiyasını seçərək 333921 kodu daxil etmək daha sonra isə 26.02.1971 doğum tarixini əlavə etmək lazımdır.
Yaşarın əmisi – Bəhruz Kərimovla bu nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(050) 334-37-46.
Bütün sənəd və bank rekvizitlərini aşağıda yerləşdirilmiş şəkillərdən tanış ola bilərsiniz.
Yardım edən əlləriniz var olsun!
Leyla Leysan