İlham Əliyev “Microsoft Corporation” şirkətinin vitse-prezidenti ilə görüşüb-FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev “Microsoft Corporation” şirkətinin vitse-prezidenti ilə görüşüb-FOTO

15:46 - 21 / 01 / 2016
İlham Əliyev “Microsoft Corporation” şirkətinin vitse-prezidenti ilə görüşüb-FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda “Microsoft Corporation” şirkətinin vitse-prezidenti xanım Syuzan Hauser ilə görüşü olub.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sisteminin uğurla inkişaf etdiyi və bu sahənin böyük önəm daşıdığı qeyd olunub. “Microsoft Corporation” şirkətinin Azərbaycanda bu sahəyə böyük diqqət yetirdiyi məmnunluqla vurğulanıb. Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin mühüm rol oynadığı qeyd edilib, bu baxımdan təhsilin, kosmik sənayenin prioritet sahələr olduğu bildirilib. Həmçinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə kənd təsərrüfatı sahəsində pilot layihələrin həyata keçirildiyi qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə “Microsoft Corporation” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
767

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər