Dövlət Statistika Komitəsi: 2015-ci ildə qeyri neft-sektorunda ÜDM-in həcmi 1.1 % artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Statistika Komitəsi: 2015-ci ildə qeyri neft-sektorunda ÜDM-in həcmi 1.1 % artıb

16:08 - 21 / 01 / 2016
Dövlət Statistika Komitəsi: 2015-ci ildə qeyri neft-sektorunda ÜDM-in həcmi 1.1 % artıb

2015-ci ildə Azərbaycanda ümumi daxili məhsulun həcmi 54 milyard 352.1 milyon manat təşkil edib ki, bu da 2014-cü ildə göstəricilərini 11 faiz üstələyir.

1news.az xəbər verir ki, Azərbaycan Dövlət Statistika Komitəsinin  rəsmi saytında yerləşdirilən məlumata görə, 33.9 % sənaye, 12.1 % inşaat sektoru, 10 % topdan və pərakəndə satış, 62.2 % kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı, 5.4 %  nəqliyyat və anbar təsərrüfatı 2.7 % turistlərin yerləşdirilməsi və ictimai iaşı xidmətləri, 2 % rabitə xidməti və informasiya, 19.4 % digər xidmətlər ÜDM –təşkil edib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 8,3 faizini təşkil edib.

2015-ci ildə qeyri-neft sektorunda ÜDM 37.670 milyard manat təşkil edib ki, bu isə 2014-cü illə müqayisədə 1.1 faiz çoxdur.

Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 5703,7 manata bərabər olub.

1news.az

Paylaş:
3879

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər