“Azercell” ixtisarla bağlı bəyanat yaydı | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azercell” ixtisarla bağlı bəyanat yaydı

17:34 - 21 / 01 / 2016
“Azercell” ixtisarla bağlı bəyanat yaydı

“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev şirkətin kollektivinə məktubla müraciət edib.

Şirkətdən 1news.az-a verilən məlumata görə, V.Mürsəliyev müraciətində bildirib ki, ağır makroekonomik vəziyyətə görə şirkət rəhbərliyi xərclərin azaldılmasına dair olduqca çətin qərar qəbul etməli olub.

“Təəssüflər olsun ki, bazardakı vəziyyət şirkətimizin də fəaliyyətinə təsir göstərib. Biznesimizi mövcud şəraitə uyğun optimizasiya etməliyik. 2015-ci ilin avqust ayından etibarən Azercell rəhbərliyi şirkət xərclərinin, o cümlədən işçilərə aid xərclərin azaldılması və ixtisarların aparılması ərəfəsində olub. Amma biz maksimum dərəcədə əlavə xərcləri azaldaraq, işçi sayına toxunmamağa çalışmışıq.

2015-ci ilin sonunda növbəti devalvasiyanın baş verməsi, ümumi iqtisadi vəziyyətin daha da ağırlaşması və bunun nəticəsində maliyyə durumunun daha da geriləməsi şirkətimizdə 8%-ə qədər iş yerlərinin, yəni 60-a yaxın işçinin ixtisar edilməsinə dair qərarın verilməsinə gətirib çıxarıb. Bu vəzifələrdə çalışan əməkdaşların hamısına layiqli kompensasiya təklif olunacaq. Bu gündən etibarən ixtisara düşmüş vəzifələrdə çalışanlarla üzbəüz görüşlər keçirilməyə başlanıb.

Bu haqda sizə məlumat verdiyimə görə çox üzgünəm. Amma təəssüf ki, başqa çıxış yolumuz yoxdur. Şirkətimiz bazardakı vəziyyətdə biznesini davam etdirməli, yeni yatırımlar həyata keçirməyə və rəqabətə davamlı olmalıdır.

Hər bir Azercell əməkdaşına dərin təşəkkürümü bildirirəm.  Əminəm ki, birgə səylərimiz nəticəsində mövcud çağırışların öhdəsindən gələrək həm öz, həm də şirkətin fəaliyyət göstəricilərini daha da yüksəldəcəyik, və bununla da komandamızı yenidən genişləndirə biləcəyik”- deyə, “Azercell Telekom” MMC-nin prezidenti Vahid  Mürsəliyev bildirib.

1news.az

Paylaş:
904

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər