Brent markalı neftin qiyməti 28 dollara qalxdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Brent markalı neftin qiyməti 28 dollara qalxdı

09:47 - 21 / 01 / 2016
Brent markalı neftin qiyməti 28 dollara qalxdı

London Nyu-York birjalarında neftin qiyməti tədricən artır. Bunu birjalarda aparılan elektron hərraclarda görmək mümkündür.

1news.az “Gazeta.Ru”ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,42% artaraq 28,47 dollar təşkil edib.

1news.az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,65% yüksələrək  28,06 dollara çatıb.

1news.az

Paylaş:
854

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər