Bakıda qar yağacaq, yollar buz bağlayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qar yağacaq, yollar buz bağlayacaq

14:11 - 22 / 01 / 2016
Bakıda qar yağacaq, yollar buz bağlayacaq

Meteoroloqlar ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı məlumat yayıblar.

1news.az-ın xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 24-dən 27-dək Bakıda və Abşeron yarımadasında  hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yanvarın 25-dən isə sulu qara, qara keçəcəyi, yağıntının bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Yanvarın 25-26-da güclü şimal-qərb küləyi əsəcək. Yolların buz bağlayacağı, çovğun olacağı ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə tədricən 6-8 dərəcə aşağı enəcək.

Yanvarın 23-ü axşamdan 27-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin kəskin dəyişəcəyi, yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.

1news.az

 

Paylaş:
1218

Son xəbərlər

Bütün xəbərlər