Dilçilik İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasında yeni təyinatlar oldu
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) iclası keçirilib.
1news.az “Report”a istinadən xəbər verir ki, iclasda Dilçilik İnstitutunun GAMŞ-nın sədri vəzifəsində seçki keçirilib. Səsvermə nəticəsində Kompüter dilçiliyi şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov AMEA Nəsimi adına Dilçilik İnstitutunun GAMŞ-nın sədri, Təranə Şükürlü və Rasim Heydərov isə müavin seçiliblər.
Qeyd edək ki, GAMŞ-nın sədri vəzifəsini dosent Aynur Qədimalıyeva icra edirdi.
1news.az
786