Rusiya Ermənistandan bəzi kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti yanvarın 20-dən etibarən Ermənistandan Rusiyaya bəzi kənd təsərrüfatı məhsullarının gətirilməsinə müvəqqəti olaraq qadağan qoyub.
Qadağaya səbəb qeyri-sabit epizootik vəziyyət və Rusiya Federasiyasında xəstəliyin yüksək yayılma riski ilə izah olunub. Məlumata əsasən, xəstəliyə həssas olan heyvanlar, xüsusilə donuz, buğa, camış, qoyun və dağ keçisi, bu heyvanlardan hazırlanan ət və genetik məhsulların Rusiyaya gətirilməsi, eləcə də bu ölkədən tranzitinə qadağa qoyulub.
Qadağa eyni zamanda, süd və süd məhsulları, texnologiya vasitəsi ilə təmizlənməmiş yun, gön və dəri məhsullarının idxalına da aiddir.
1news.az
635