2015-ci ildə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları təxminən 3 dəfə azalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

2015-ci ildə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları təxminən 3 dəfə azalıb

17:25 - 22 / 01 / 2016
2015-ci ildə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları təxminən 3 dəfə azalıb

Mərkəzi Bankın (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2016-cı il yanvar ayının 1-ə 5 mlrd. 16,7 mln. ABŞ dolları təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 8 mlrd. 741,6 mln. dollar və ya 2,74 dəfə azdır.

1news.az-ın Banka istinadən verdiyi xəbərə görə, noyabr ayı ilə müqayisədə dekabrda valyuta ehtiyatları 1 mlrd. 228,9 mln. manat və ya 19,67% azalıb.

Qeyd edək ki, sonuncu dəfə Mərkəzi Bankın valyuta ehtiyatları bu səviyyədə 2009-cu ilin avqust 30-da olub.

1news.az

 

Paylaş:
773

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər