Dövlət Komitəsi Samuxda “Kütləvi çıxarış” kampaniyası keçirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Komitəsi Samuxda “Kütləvi çıxarış” kampaniyası keçirib

20:26 - 22 / 01 / 2016
Dövlət Komitəsi Samuxda “Kütləvi çıxarış” kampaniyası keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyası çərçivəsində bu gün Samux sakinlərinə xidmət göstərib.

Komitədən 1news.az-a verilən məlumata görə, rayonun 180-ə yaxın vətəndaşı komitənin təqdim etdiyi daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən yararlanıb. Xidmətləri birbaşa ünvana çatdıran kampaniyada 100-ə yaxın sakinə “bir pəncərə” prinsipi əsasında dövlət reyestrindən çıxarış təqdim olunub. Eyni zamanda, 80-ə yaxın vətəndaşdan mülkiyyət hüququnu təsdiq edən ilkin sənədlər qəbul edilib.

Komitənin göstərdiyi xidmətlərdə “bir pəncərə” prinsipini tətbiq etməsi rahatlığın və operativliyin yüksəlməsini təmin edib. “Bir pəncərə” prinsipi sayəsində artıq bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda – komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində qeydiyyata aldıra bilirlər.

Bütün sənədləşdirmə prosesi, kadastr məsələləri, çöl-ölçmə işləri, texniki inventarlaşdırma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi, torpaqların təyinatından irəli gələn tələblərə riayət olunması ilə bağlı məsələlər bir ünvanda həll olunur.

Qeyd edək ki, kampaniyaya olan maraq və tələbat nəzərə alınaraq bu ildən etibarən kampaniyanın keçirilməsi daha da intensivləşib. Bu il ilk dəfə Yevlax rayonunda keçirilən kampaniya bir həftə ərzində növbəti dəfə Samux rayonunda da təşkil edilib. Kampaniya çərçivəsində keçirilən hüquqi yardım aksiyası Samux rayonunda da davam etdirilib. Vətəndaşlara qeydiyyat və torpaq idarəçiliyi ilə bağlı hüquqi izahlar və məsləhətlər verilib, onların verdikləri suallar cavablandırılıb.

Kampaniyadan əlavə, komitə 2014-cü ilin aprel ayından başlayaraq şəhər və rayonlarda mobil ofislər vasitəsilə qeydiyyat xidmətləri də göstərir. Mobil ofis xidmətləri bütün respublika üzrə müxtəlif rayonlarda paralel olaraq həyata keçirilir. İndiyədək respublika üzrə mobil ofis xidmətləri vasitəsilə isə vətəndaşlardan 86 mindən çox müraciət qəbul edilib.

Eyni zamanda, komitənin istifadəyə verdiyi elektron və onlayn xidmətlər də qeydiyyat prosesinin sürətli və şəffaf şəkildə həyata keçirilməsini təmin edir. Vətəndaşlar, banklar, mülkiyyətçilər, aidiyyəti qurumlar, fikizi və hüquqi şəxslər komitənin 31 elektron, 3 onlayn və 3 SMS xidmətindən faydalana bilir. Vətəndaşlar daşınmaz əmlaka dair yüklülük arayışlarını onlayn qaydada əldə edir, daşınmaz əmlak barədə dövlət reyestrindəki məlumatlara onlayn şəkildə baxa bilir.

Həmçinin digər onlayn xidmət nəticəsində notariusda edilən alqı-satqıdan sonra təsdiqlənmiş sənədlər onlayn qaydada ərazi qeydiyyat idarəsinə göndərilir. Onlayn xidmətlər məmur-vətəndaş ünsiyyətini minimuma endirib və vaxta qənaət olunmasına şərait yaradıb. Ümumilikdə isə göstərilən 31 elektron xidmət vasitəsilə 300 minə yaxın elektron müraciət daxil olub və icra edilib.

1news.az

 

Paylaş:
657

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər