WTI və Brent markalı neftin qiymətləri 31 dollara qədər yüksəlib – YENİLƏNMƏ | 1news.az | Xəbərlər
İqtisadiyyat

WTI və Brent markalı neftin qiymətləri 31 dollara qədər yüksəlib – YENİLƏNMƏ

11:35 - 22 / 01 / 2016
WTI və Brent markalı neftin qiymətləri 31 dollara qədər yüksəlib – YENİLƏNMƏ

Cümə günü WTI və Brent markalı neftin qiymətləri fəal olaraq bahalaşaraq, bir bareli 31 dolar təşkil edib.

Belə ki, saat 09.20-yə (Moskva vaxtı ilə)  olan məlumata görə, Brent markalı neft 4,41% bahalaşaraqbir bareli 30,91 dollar olub.

WTI markalı neft isə 4,49% bahalaşaraq, 30,85 dollara yüksəlib. Bununla belə, daha əvvəl hər iki neft markasının qiyməti bir bareli 31 dollara qədər yüksəlmişdi. 

РИА Новости

9:47

London və Nyu-York elektron ticarət birjalarında neftin qiyməti artır. Bunu hazırkı ticarətlər göstərir.

WTI markalı neft Nyu-Yorkun NYMEX əmtəə birjasında 0,68% bahalaşaraq,bir bareli 29,73 təşkil edir.

Londonun ICE Futures birjasında isə Brent markalı neft 0,96% bahalaşaraq, bir bareli 29,53 dollar olub.

Gazeta.Ru

Paylaş:
889

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər