İlham Əliyev Davosda Ukrayna prezidenti Petro Poroşenko ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Davosda Ukrayna prezidenti Petro Poroşenko ilə görüşüb - FOTO

22:07 - 22 / 01 / 2016
İlham Əliyev Davosda Ukrayna prezidenti Petro Poroşenko ilə görüşüb - FOTO

Davosda Prezident İlham Əliyevin Ukrayna prezidenti Petro Poroşenko ilə görüşü olub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib.

Ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən nəqliyyat, energetika, sərmayə qoyuluşu və digər istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

 

Paylaş:
765

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər