Havanı təmizləyən divarlar yaradılıb | 1news.az | Xəbərlər
Dünya

Havanı təmizləyən divarlar yaradılıb

23:31 - 22 / 01 / 2016
Havanı təmizləyən divarlar yaradılıb

Şanxay yaxınlığında yerləşən Çin şirkətlərindən biri yeni növ tikinti blokları yaradıb.

1news.az-ın AZƏRTAC-a irtinadən verdiyi xəbərə görə, bu bloklar havanı zərərli maddələrdən təmizləyən xüsusi mina ilə örtülüb. “Kaier New Materials” şirkətindən bildiriblər ki, minanın tərkibinə xüsusi nanometrik material əlavə edilib. Bu material zərərli maddələrlə fotosintezi xatırladan prosesə girir.

“China Daily” qəzetinin yazdığına görə, bu blokların hər 100 kvadratmetri havanı sanki 7 qovaq ağacı qədər təmizləyir. Qovaq, təbiətdə ağaclar arasında ən məhsuldar hava təmizləyicisidir. Kimyəvi reaksiya prosesində su nazik təbəqə əmələ gətirir. Bu təbəqə sayəsində divarları küçə tərəfdən yumağa ehtiyac qalmır.

Sınaq tikinti materialları üzrə xüsusi mərkəzdə aparılır. Şirkət öz məhsulunu hələlik bazara çıxarmağa tələsmir, çünki Çinin test institutlarının belə innovasiyalı material üçün standartları yoxdur.

1news.az

 

Paylaş:
595

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər