Moody's: “Bank of Baku-nun ehtiyat və kapitalı itkilərin qarşısının alınmasına kifayət edəcək” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Moody's: “Bank of Baku-nun ehtiyat və kapitalı itkilərin qarşısının alınmasına kifayət edəcək”

11:27 - 22 / 01 / 2016
Moody's: “Bank of Baku-nun ehtiyat və kapitalı itkilərin qarşısının alınmasına kifayət edəcək”

Moody's beynəlxalq reytinq agentliyi Azərbaycanda devalvasiyadan sonra yaranmış iqtisadi çətinliyin fonunda Bank of Baku-nun maliyyə potensialının qarşılaşa biləcəyi itkiləri minumum səviyyədə saxlamaq iqtidarında olduğunu təsbit edib.

Bu haqda 1news.az-a Bankdan verilən məlumata əsasən, agentliyin dərc etdiyi son nəşrdə neftin dəyərinin beynəlxalq bazarda kəskin ucuzlaşması nəticəsində neft ixrac edən ölkələrin iqtisadiyyatında yaranmış böhran vəziyyəti ilə onların yerli valyutalarının dollar qarşısında dəyərsizləşməsi xüsusilə vurğulanıb. 

Bununla yanaşı, hesabatda neftin qiymətinin aşağı düşməsi ilə paralel olaraq ölkəmizdə yaşanmış ikinci devalvasiyanın ardınca yerli valyutamızın sərbəst üzən məzənnə rejiminə keçməsinin, həmçinin banklarda mövcud yüksək dollarlaşma səviyyəsinin onların gəlirliliyinə mənfi təsirsiz ötməyəcəyi öz əksini tapıb. Məhz bunları əsas götürərək, beynəlxalq agentlik bir sıra bankların reytinqini aşağı salıb.

Manatın devalvasiyası nəticəsində xarici valyutada kredit götürmüş müştərilərin geri-ödəniş qabiliyyətinin aşağı düşməsi ilə problemli kreditlərin artacağını və Bankın aktivlərinin keyfiyyətinin və gəlirliliyinin ölkənin cari vəziyyətində aşağı düşəcəyinin qaçılmaz olduğunu əsas götürərək, agentlik Bank of Baku-nun reytinqini B1 səviyyəsindən B3 səviyyəsinə dəyişib.

Bunlara baxmayaraq, Bankın 01 yanvar 2016-ci il tarixinə olan maliyyə göstəricilərinə əsasən məcmu kapitalının adekvatlıq əmsalı 13.75% təşkil edir ki, bu da Mərkəzi Bankın təyin etdiyi minimum 10% tələbindən yüksəkdir. Qeyd olunan tarixə, bankın kredit portfeli üzrə yaratdığı ehtiyatın həcmi qeyri-işlək kreditlərin həcminin 98%-nə bərabərdir. Həmçinin, Bankın xarici valyutada verilmiş kreditlərin payı ümumi kredit portfelində 34%-dən aşağıdır ki, bu da bank sektorunun ən aşağı göstəricilərindən biri olaraq qiymətləndirilir. Devalvasiyadan öncə Bankın dollarla olan kredit portfeli ümumi portfelinin 26%-dən aşağı hissəsini təşkil edib.

Bütün bu göstəricilərə əsasən, həmçinin Bankın likvid aktivlərinin ümumi aktivlərə nisbətinin 17%-dən çox olmasını nəzərə alaraq Agentlik son nəşrində Bankın adekvat ehtiyatlarının və sağlam kapitalının yaxın 12-18 ay ərzində müşahidə olunacaq itkilərin qarşısının alınmasında kifayət edəcəyini qeyd edib.

Bank of Baku uzun illər ərzində qazandığı müştəri məmnuniyyəti və etibarının qorunub saxlanılaraq daha da gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Paylaş:
1068

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər