Azərbaycanda vəzifəli şəxsin oğlu özünü asdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda vəzifəli şəxsin oğlu özünü asdı

12:36 - 22 / 01 / 2016
Azərbaycanda vəzifəli şəxsin oğlu özünü asdı

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

1news.az xəbər verir ki, Ağdaş Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, rayonun Qolqəti kənd sakini, 1986-cı il təvəllüdlü Taleh Nizami oğlu Allahverdiyev yaşadığı evin həyətindəki çardaqda özünü kəndirlə asıb. Asılı meyiti səhər saatlarında onun valideynləri aşkar ediblər.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb edilib, araşdırmalar davam etdirilir.

Prokurorluqdan bildirdilər ki, ilkin ehtimala əsasən, 30 yaşlı kişinin intihar etməsinə səbəb onun uzun müddət işsiz qalması ilə bağlıdır. Yaxınlarının sözlərinə görə, Taleh uzun müddətdir ki, işsizlikdən şikayətlənirmiş.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Dünyasını dəyişən T.Allahverdiyev 2 uşaq atası olub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aran regional şöbəsinin müdiri Nizami Allahverdiyevin oğludur.

Qeyd edək ki, ölkədə sonuncu intihar hadisəsi dünən Sumqayıtda qeydə alınıb. Şəhərin 5-ci mikrorayon ərazisindəki yataqxanalardan birində qeydiyyatda olan 1950-ci il təvəllüdlü Nəzakət Alı qızı Paşayeva özünü yaşadığı evin mətbəxində asıb. Asılmış meyit ailə üzvləri tərəfindən aşkarlanıb və hüquq-mühafizə orqanı əməkdaşlarına məlumat verilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoya Birliyinin Sumqayıt şəhər şöbəsində müayinə edildikdən sonra mərhumun ailəsinə təhvil verilib.

66 yaşlı qadının özünü hansı səbəbdən asması hələlik bilinmir.

1news.az

Paylaş:
799

Son xəbərlər

COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37
Bütün xəbərlər