Prezident İlham Əliyev ATƏT PA-nın nümayəndə heyətini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev ATƏT PA-nın nümayəndə heyətini qəbul edib

14:07 - 25 / 01 / 2016
Prezident İlham Əliyev ATƏT PA-nın nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev yanvarın 25-də ATƏT Parlament Assambleyası sədrinin müavinləri Georgi Tseretelinin və Kent Harstedtin başçılıq etdiyi, ATƏT PA-nın baş katibi Roberto Montellanın daxil olduğu nümayəndə heyətini qəbul edib.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Georgi Tsereteli ATƏT Parlament Assambleyasının sədri İlkka Kanervanın xəstəliyi ilə bağlı Azərbaycana səfər edə bilməməsini təəssüflə qeyd edib. O, ölkəmizin təmsil etdiyi qurum üçün prioritet olduğunu və Azərbaycan ilə əməkdaşlığın böyük əhəmiyyət daşıdığını deyib.

G.Tsereteli ATƏT-in həyata keçirdiyi layihələrdə Azərbaycanın iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O, ATƏT Parlament Assambleyasının 2014-cü ildə Bakıda illik sessiyasının yüksək səviyyədə keçirildiyini məmnunluqla xatırlayıb. Azərbaycan ilə bu günə qədər əməkdaşlığın uğurla həyata keçirildiyini bildirən qonaq bu əməkdaşlığı konstruktiv və anlaşma ruhunda yeni mərhələdə davam etdirmək niyyətində olduqlarını deyib.

Dövlətimizin başçısı ATƏT Parlament Assambleyası sədrinin müavini G.Tseretelinin ölkəmizə səfərinin məhsuldar və səmərəli olacağına ümid etdiyini bildirib.

Görüşdə Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

 

Paylaş:
767

Son xəbərlər

Silk Way Group COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib12 / 11 / 2024, 18:40Mehriban Əliyeva COP29-un Liderlər Sammiti ilə bağlı paylaşım edib12 / 11 / 2024, 18:02Azərbaycan Prezidenti Çexiyanın Baş naziri ilə görüşüb12 / 11 / 2024, 17:43Emin Ağalarov: “Bakıda keçirilən COP29 yeni imkanlar yaradır” - MÜSAHİBƏ12 / 11 / 2024, 17:27Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğan ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 17:25Alparslan Bayraktar: “Türkiyə, külək və günəş enerjisində quraşdırılmış gücünü 4 dəfə artırmağı hədəfləyir”12 / 11 / 2024, 17:14Azərbaycan və Polşa Prezidentləri arasında görüş keçirilib - FOTO12 / 11 / 2024, 17:06Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib12 / 11 / 2024, 16:59Dövlət Başçısı İordaniya Haşimilər Krallığının Vəliəhdi ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 16:59Prezidentin ailəsi COP29-da - FOTO12 / 11 / 2024, 16:45ADY sərnişinlərə müraciət edib12 / 11 / 2024, 16:37Əksər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 11 / 2024, 16:21Prezident İspaniya Krallığı Hökumətinin Sədri ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 16:08İlham Əliyev Qana Prezidenti ilə görüşüb12 / 11 / 2024, 15:44Əmtəə bazarlarında qızıl və gümüş cüzi bahalaşıb12 / 11 / 2024, 15:22İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb12 / 11 / 2024, 14:34XİN Konstitusiya Günü münasibətilə paylaşım edib12 / 11 / 2024, 14:16Əli Əsədov İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə söhbət edib12 / 11 / 2024, 14:01Baş nazir Əli Əsədov İraqın Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb12 / 11 / 2024, 13:41İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlardan danışıb12 / 11 / 2024, 13:23
Bütün xəbərlər