“Biz təhlükəli virusa birlikdə qalib gələcəyik” aksiyası keçiriləcək
Fevralın 3-dən 6-dək Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzində bu mərkəzin “inCity.az” portalı ilə birlikdə təşkil etdiyi “Biz təhlükəli virusa birlikdə qalib gələcəyik” adlı respublika ödənişsiz aksiyası keçiriləcək.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu aksiya Azərbaycanla həmsərhəd ölkələrdə təhlükəli donuz qripi virusunun yayılması ilə bağlıdır və vətəndaşların virusu vaxtında üzə çıxarılması və xəstəliyin müalicə üsulları haqqında məlumatlandırılmasına, habelə əhali arasında xəstəliyin yayılma riskinin azaldılmasına yönəldilib.
Aksiya çərçivəsində qripin profilaktikası üzrə treninqlər nəzərdə tutulub. Onları İsrail, Fransa və başqa ölkələrin yüksək ixtisaslı epidemioloqları keçirəcəklər.
1news.az
592