Turistlərin Azərbaycanda viza rəsmiləşdirməsi müddəti 5 günə endirildi
Azərbaycana gələn turistlərə elektron vizanın verilməsi müddəti iki dəfə azaldılır.
1news.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Miqrasiya Məcəlləsinin 38-ci (Turistlərə verilən elektron vizalar) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir.
Dəyişikliyə əsasən, “Elektron vizanın alınması üçün Azərbaycanda akkreditasiyadan keçmiş turizm şirkəti müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə-anketi dolduraraq, şəxsin pasportunun, fotoşəklinin və səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiq edən sənədlərin skan olunmuş surətlərini əlavə edir. Sənədlər daxil olduqdan sonra onlara ən geci 5 gün keçənədək baxılır və viza rəsmiləşdirilərək, elektron qaydada müraciət edən turizm şirkətinin elektron poçt ünvanına göndərilir. Hazırda isə bu müddət 10 gündür.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və fevralın 1-də müzakirəyə çıxarılacaq.
1news.az