Putin Türkiyəyə qarşı sanksiyaları genişləndirəcəyini bəyan edib
Rusiya Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları genişləndirəcək.
Bunu Rusiya prezidenti Vladimir Putin “Ümumrusiya xalq cəbhəsi”nin regionlararası forumunda çıxış edərkən bəyan edib.
“Biz tikinti-inşaat sahəsində Türkiyəyə qarşı məhdudiyyətləri genişləndirəcəyik. Hazırda ölkəmizdə ümumilikdə 50 milyard dollarlıq müqavilələrlə 300 Türkiyə tikinti şirkəti fəaliyyət göstərir”, - deyə V.Putin bildirib.
Onun sözlərinə görə, sanksiyaların genişləndirilməsi sahəsində Rusiyada yeni 87 min iş yeri açıla bilər.
Gazeta.ru
691