Cəlilabadda ev heyvanları yanğında tələf oldular | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda ev heyvanları yanğında tələf oldular

11:39 - 25 / 01 / 2016
Cəlilabadda ev heyvanları yanğında tələf oldular

Cəlilabadda evlərin birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə rayonun Edişə kəndində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 11 kv.m sahədə və içərisinə yığılmış 3,5 ton ot bağlamasının 2 tonu yanıb.

Yanğın zamanı tövlədə olan 4 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Tövlənin və ot bağlamasının  qalan hissəsi yanğından mühafizə olunub.

1news.az

Paylaş:
682

Son xəbərlər

Bütün xəbərlər