Azərbaycan Texnologiya Universiteti ilə Türkiyənin nüfuzlu 3 təhsil ocağı arasında əməkdaşlıq müqavilələri imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Texnologiya Universiteti ilə Türkiyənin nüfuzlu 3 təhsil ocağı arasında əməkdaşlıq müqavilələri imzalanıb

14:34 - 26 / 01 / 2016
Azərbaycan Texnologiya Universiteti ilə Türkiyənin nüfuzlu 3 təhsil ocağı arasında əməkdaşlıq müqavilələri imzalanıb

Azərbaycan Texnologiya Universiteti (ATU) 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə tətbiqinə başlanan Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən xarici ali təhsil ocaqlarının təcrübəsini öyrənmək və səmərəli əməkdaşlıq əlaqələri qurmaq istiqamətində fəaliyyətini davam etdirir.

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin pilot layihəsi kimi ATU-da tətbiqinə başlanan Müştəriyə Yönəlmə Proqramı çərçivəsində əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə universitet rəhbərliyi qardaş Türkiyə Respublikasına işgüzar səfər edib.

ATU-nun rektoru professor Akif Süleymanovun rəhbərlik etdiyi heyət Türkiyənin ən qabaqcıl ali təhsil ocaqlarından hesab edilən İstanbul Texniki Universitetində (İTU) olub. İTU-nun rektoru professor Mehmet Karaca ilə keçirilən görüşdə iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib. Qeyd olunub ki, hər iki universitetin fəaliyyət profili və mövcud ixtisaslarında uyğunluğun olması tərəflər üçün faydalı olacaq qısa və uzun müddətli əməkdaşlıq üçün əlverişli zəmin yaradır.

Görüş zamanı Azərbaycan Texnologiya Universiteti və İstanbul Texniki Universitetinin birgə fəaliyyəti ilə bakalavriat və magistratura səviyyəsində dual diplom proqramlarının tətbiqi, Gəncədə ATU nəzdində texniki peşə liseyi və texnoparkın yaradılmasında birgə iştirak, eləcə də universitetlər arasında tələbə və müəllim mübadiləsi haqqında geniş fikir mübadiləsi aparılıb. Əldə olunmuş ilkin razılığa əsasən ATU və İTU arasında əməkdaşlıq memorandumu imzalanıb.

Daha bir memorandum isə Azərbaycan Texnologiya Universiteti ilə Türkiyənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Yıldız Texniki Universiteti (YTU) arasında imzalanıb. İstanbul şəhərində YTU-nun inzibati binasında baş tutan görüşdə ATU-nun rektoru professor Akif Süleymanov bildirib ki, Türkiyənin ən nüfuzlu və köklü ənənələrə malik ali təhsil müəssisələrindən olan YTU ilə əməkdaşlıq olduqca faydalı ola bilər. Çünki, hər iki universitetin mütəxəssis hazırlığı istiqamətlərində ciddi yaxınlıq var. Yıldız Texniki Universitetinin rektoru professor İsmail Yüksek isə bildirib ki, bir əsrdən artıq yaşı olan bu ali təhsil ocağı da hər zaman xarici əlaqələrin inkişafında maraqlı olub. Bu gün 30 mindən artıq tələbləyə təhsil verən YTU dünyanın ilk 500, Türkiyənin isə ilk 5 universiteti siyahısına daxildir. Tədris proqramlarının çoxu beynəlxalq akkreditasiyadan keçib, diplomları ABŞ və Avropada tanınır. Sonra ATU-dan gedən heyət YTU-nun laboratoriyaları, inkubasiya mərkəzləri və texnoparkı ilə tanış olub.

Azərbaycan Texnologiya Universitetinin Türkiyədəki tərəfdaşlarının sırasına bu ölkənin ən böyük və ən nüfuzlu ali təhsil ocağı olan İstanbul Universiteti (İU) də əlavə olunub. İU-da keçirilən görüşdə rektor professor Mahmud Ak deyib ki, bu universitet reytinq cədvəllərində Türkiyə universitetlərinə rəhbərlik edir. Ölkənin ən qədim ali təhsil müəssisəsi olan İU-nun 562 yaşı və 214 min tələbəsi var. İU-nun məzunları arasında 2 Nobel mükafatı lauretatı (Aziz Sancar və Orhan Pamuk), 6 prezident, bir neçə baş nazir, nazirlər və başqa ictimai-siyasi xadimlər var. Hazırda burda 600-dən artıq azərbaycanlı tələbə təhsilini davam etdirir. ATU-nun rektoru professor Akif Süleymanov da rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyət istiqaməti və hədəfləri barədə məlumat verib. Səmərəli müzakirə şəraitində keçən görüş zamanı ATU ilə İU arasında əməkdaşlığın əsas istiqamətləri barədə razılığa gəlinib və memorandum imzalanıb. 

1news.az

Paylaş:
1573

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər