Qadınları Türkiyədə cinsi istismara məruz qoyan Şirvan sakini tutuludu | 1news.az | Xəbərlər
Cəmiyyət

Qadınları Türkiyədə cinsi istismara məruz qoyan Şirvan sakini tutuludu

17:55 - 26 / 01 / 2016
Qadınları Türkiyədə cinsi istismara məruz qoyan Şirvan sakini tutuludu

Cinsi istismar məqsədilə qadınları aldadaraq Türkiyəyə aparan şəxs saxlanılıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində mümkün olub.

Belə ki, Şirvan şəhər sakini Şəhla Orucovanın digər şəxslərlə birgə gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib və o, tutulub.

1news.az

Paylaş:
1392

Son xəbərlər

Bütün xəbərlər