Aras Ozbilisin agenti: “O “Beşiktaş”ın emblemini öpəcək və Ermənistan yığmasında oynayacaq... Bu ki, əsl fahişəlikdir”
Ermənistan yığmasının yarımmüdafiəçisi Aras Ozbilisin 1,3 milyon avro müqabilində Moskva “Spartak”ından Türkiyənin “Beşiktaş” klubuna keçidi ciddi müzakirələrə səbəb olub.
1news.az-ın lifenews.ru saytına istinadən verdiyi xəbərə görə, Ozbilisin keçmiş agenti Dimitri Selyuk hesab edir ki, futbolçunun Türkiyə klubuna keçidi heç də ona şöhrət gətirməyəcək.
“Arasın pirinsipsiz olması adamıə heyrətləndirir. Mən onu “Kuban”a gətirəndə ona bir az çox pul verdilər və o “hoppanmağa” başladı (agentini dəyişdi - lifenews.ru). Hollandiya və Ermənistan yığmaları arasında seçim etməli olanda isə hədiyyə kimi aldığı mənzil və Ermənistan federasiyası tərəfindən aldığı pul burada həlledici rol oynadı. İndi isə onun “Spartak” klubunda problemləri yarandığı üçün Türkiyəyə getdi. Bu ondan xəbər verir ki, bu insanın mənəvi prinsipləri yoxdur. Belə çıxış ki, o, Türkiyədə “Beşiktaş”ın emblemini öpəcək və eyni zamanda Ermənistan yığmasında oynayacaq. Ermənistan yığmasının azarkeşləri ona nəinki çürük pomidor atmalı, həm də iylənmiş yumurta atəşinə tutmalıdırlar. Doğurdanmı o düşünür ki, bundan sonra ona hörmət edəcəklər? Aras Türkiyə yığmasını seçsəydi heç bir problemi də olmazdı. Lakin o həm oradan, həm də buradan pul almaq istəyir. Bu ki, əsl fahişəlikdir. Bu onun seçimidir. Fahişə kimi qaçacaq”.- deyə, D.Selyuk bildirib.
Qeyd edək ki, “Spartak” klubunun keçmiş futbolçusu Aras Ozbilis Türkiyənin İstanbul şəhərinin Bakırköy rayonunda anadan olub. Valideynləri milliyyətcə ermənidir.
2010-cu ilin mayında Aras Ermənistanın futbol federasiyası tərəfindən bu ölkənin gənclər yığmasına dəvət alıb. 2012-ci ilin fevralında isə Kanada ilə yoldaşlıq görüşündə Ermənistan yığmasında debüt edən Ozbilis rəqib qapısına qol da vurub.
1news.az