Komitə sədri Hacıqabulda 6 rayonun sakinləri ilə görüşəcək
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov yanvarın 29-da Hacıqabul rayonunda vətəndaşları qəbul edəcək.
1news.az-ın məlumatına görə, Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Hacıqabulla yanaşı Şirvan, Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarının sakinləri də iştirak edəcəklər.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi: (02120) 4-29-19, (02121) 5-52-45
1news.az