Natiq Abbasov: "Yaponiya şirkətləri ilə əməkdaşlığa, onların təcrübəsindən bəhrələnməyə ehtiyac var" | 1news.az | Xəbərlər
İqtisadiyyat

Natiq Abbasov: "Yaponiya şirkətləri ilə əməkdaşlığa, onların təcrübəsindən bəhrələnməyə ehtiyac var"

22:47 - 26 / 01 / 2016
Natiq Abbasov: "Yaponiya şirkətləri ilə əməkdaşlığa, onların təcrübəsindən bəhrələnməyə ehtiyac var"

Azərbaycanın Energetika Nazirliyində energetika nazirinin müavini Natiq Abbasovun iştirakı ilə Yaponiyanın strateji tədqiqatlar və məsləhətçi xidmətləri ilə məşğul olan IBT Korporasiyasının prezidenti Seiçi Nobuharla görüş keçirilib.

1news.az Trend-ə istinadən xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, S.Nobuhar Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin təşəbbüsü ilə Azərbaycana reallaşan səfərinin məqsədləri barədə danışıb. Bu səfərin, əsasən, iki ölkə arasında enerji və infrastrukturun inkişaf etdirilməsi sahəsində gələcək əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi məqsədi daşıdığını diqqətə çatdırıb. Bildirilib ki, IBT Korporasiyası Yaponiyada bir sıra dövlət strukturlarının mühüm layihələrini həyata keçirir. Bu qurumlara enerji ehtiyatlarının istifadəsi, İKT, infrastrukturun inkişafı, sərmayə qoyuluşu və digər sahələr üzrə məsləhətlər verir.

Azərbaycanla Yaponiya arasında əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndirən N.Abbasov deyib ki, neft-qaz sahəsində Yaponiyanın “Itochu”, “Inpex”, “Mitsui" şirkətlərinin iştirakı, eləcə də Yaponiya hökumətinin krediti vasitəsilə Azərbaycanda “Şimal” elektrik və “Şimal-2” qaz-buxar elektrik stansiyalarının tikintisi bu əməkdaşlığın bariz nümunələridir.

Nazir müavini bildirib ki, hazırda ölkənin prioritet istiqamətlərindən biri enerjidaşıyıcıların istehsalı və satışı zamanı yol verilən itkilərin azaldılması ilə enerji səmərəliliyinə nail olmaqdır. Enerji səmərəliliyi isə ilk növbədə köhnə elektrik enerjisi paylayıcı şəbəkəsinin bərpası və yenidən qurulması ilə bağlıdır ki, bu da elektrik enerjisinin təchizatının etibarlığını artıracaq, paylayıcı şəbəkələrdə itkiləri azaldacaq. Məhz bu istiqamətdə Yaponiya şirkətləri ilə əməkdaşlığa, onların təcrübəsindən bəhrələnməyə ehtiyac var.

1news.az

Paylaş:
753

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər