2015-ci ildə Non-Life seqmenti üzrə Azərbaycan sığorta şirkətlərinin sığorta haqları yalnız 0,7% artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

2015-ci ildə Non-Life seqmenti üzrə Azərbaycan sığorta şirkətlərinin sığorta haqları yalnız 0,7% artıb

12:33 - 26 / 01 / 2016
2015-ci ildə Non-Life seqmenti üzrə Azərbaycan sığorta şirkətlərinin sığorta haqları yalnız 0,7% artıb

2015-ci ildə Azərbaycanda toplanmış sığorta haqlarının 326,4 milyon manatı qeyri-həyat (Non-Life) sığortasının payına düşüb. Bu da 2014-cü illə müqayisədə qeyri-həyat sığortası üzrə 0,7% artım deməkdir.

1news.az-ın Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadla verdiyi xəbərə görə, ötən ilin yekunlarına görə, qeyri-həyat sığortası (Non-Life) sığorta bazarının 73,7%-ni təşkil edir.

Qeyri-həyat sığortası üzrə yığımların 23,6%-i və ya 76,2 milyon manatı avtomobillərin icbari sığortasının, 22,3%-i və ya 72,9 milyon manatı tibbi sığortanın, 10,7%-i və ya 34,9 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 8,7%-i və ya 28,3 milyon manatı kasko sığortasının, 7,8%-i və ya 25,3 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 26,9%-i və ya təxminən 89 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

İl ərzində sığorta ödənişlərinin 71%-ni və ya 128 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü ilə nisbətən 0,4% azdır.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 40%-i və ya 51,3 milyon manatı tibbi sığortanın, 26,1%-i və ya 33,4 milyon manatı avtomobillərin icbari sığortasının, 18,5%-i və ya 23,7 milyon manatı kasko sığortasının, qalan 14,4%-i və ya təxminən 19,6 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,2 manatı ödəniş edilib. 2014-cü ildə isə bu rəqəm 39,7 manat olub.

1news.az

Paylaş:
671

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər