ABŞ-da qar çovğunu nəticəsində ölənlərin sayı 36-ya çatıb - FOTO
ABŞ-da tüğyan edən qar çovğunu nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.
Vaşinqtonda bütün dövlət müəssisələri və məktəblər bağlanıb.
ABŞ Dövlət Departamentinin gündəlik brifinqi ləğv edilib. ABŞ-ın şərqində bir çox dəmiryol və təyyarə reysləri təxirə salınıb, Vaşinqtonda və Baltimorda 1 150 aviareys təxirə salınıb və yaxud ləğv edilib. Bir sıra ərazilərdə qar örtüyünün hündürlüyü 91 sm çatıb.
Ümumilikdə, qeyri-sabit hava şəraiti 85 milyon insana zərər vurub, 300 min nəfər elektrik enerjisiz qalıb. Mütəxəssislərin hesablamalarına görə, qar çovğunundan dəyən ziyan 1 milyard dollar təşkil edə bilər.
Интерфакс
789