Əlverişsiz hava şəraitinə görə “Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçib
“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi qış mövsümündə gücləndirilmiş iş rejiminə keçib.
QSC-dən 1news.az-a bildirilib ki, sərnişinlərin və qatar briqadalarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər həyata keçirilir.
İnfrastruktur departamentinin əməkdaşları sutka ərzində 1 dəfə rels bərkitmələri və relslərarası boşluqlara nəzarət edir, siqnal sistemləri, enerji təminatı sistemini nəzərdən keçirirlər.
Bundan əlavə vaqonlarda isitmə sisteminə xüsusi diqqət yetirilir, platformalar qardan təmizlənir.
Qısamüddətli gecikmələr istisna olmaqla, qatarların gəlməsi və getməsi qrafikə uyğun həyata keçirilir.
549