“Azəryol” “Çelenc raund”a vəsiqə qazandı | 1news.az | Xəbərlər
İdman

“Azəryol” “Çelenc raund”a vəsiqə qazandı

16:08 - 27 / 01 / 2016
“Azəryol” “Çelenc raund”a vəsiqə qazandı

Qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start verilib.

1news.az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində ölkəmizi təmsil edən “Azəryol” Polşanın “Muşina” klubunu qəbul edib.

Səfərdə keçirdiyi ilk görüşdə 2:3 hesabı ilə uduzan komandamız rəqibini 3:0 hesabı ilə məğlubiyyətə uğradıb və bu qələbə sayəsində “Çelenc raund”a vəsiqə qazanıb.

26 yanvar

CEV kuboku

1/4 final

“Azəryol” (Azərbaycan) – “Muşina” (Polşa) - 3:0 (25:16, 25:16, 25:20)

Hakimlər: Audrius Qarqasas (Litva), Kristian Eduard Botezat (Rumıniya)

Bakı, “Azərreyl” İdman Bazası

İlk oyun: “Muşina” (Polşa) – “Azəryol” (Azərbaycan) - 3:2 (27:25, 18:25, 23:25, 25:23, 15:5)

1news.az

Paylaş:
1259

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər