Türkiyədə “donuz qripi”ndən növbəti ölüm faktı qeydə alınıb
Türkiyədə H1N1 (“donuz qripi”) virusuna yoluxanların sayı günbəgün artır.
1news.az-ın Milliyet qəzetinə istinadla verdiyi xəbərə görə, bu yaxınlarda ölkənin Giresun vilayətində 7 nəfərin H1N1 virusuna yoluxması faktı qeydə alınıb.
Onların arasında 41 yaşlı tibb bacısı da var. Virusa yoluxanların hamısına karantin tətbiq edilib.
Lakin xəstələrdən biri artıq dünyasını dəyişib. Bu da həmin vilayətdə sakinlər arasında çaxnaşmaya səbəb olub.
1news.az
735